Qənirə Paşayeva Bursada önəmli görüşlər keçirdi

qenire-pasayeva-bursada-onemli-gorusler-kecirdi
Oxunma sayı: 640

Xanım millət vəkili görüş keçirdiyi şəxslərlə II Böyük Rumeli-Balkan Festivalı, bu Festival çərçivəsində düzənlənən maraqlı tədbirlər və görüşlər barədə öz təəssüratlarını bölüşmüş; belə görüşlərin türk insanının bir-birini daha yaxından tanıması, yeni ilişgilərin qurulması və yeni əməkdaşlıq üfüqlərinin açılması baxımından çox faydalı olduğunu vurğulamışdır. Görüşlərdə həmçinin Ermənistanın Azərbaycanın BMT tərəfindən tanınan 20% ərazisini işğal altda saxlaması; qaçqın və köçkünlərin öz doğma ev-eşiklərinə dönə bilməməsi; Dağlıq Qarabağ və iğşal edilmiş digər rayonlardakı tarixi abidələrin vandalizmə məruz qalması barədə danışan millət vəkili, uyğun sənədləri, foto-fakt və videogörüntüləri, Heydər Əliyev Fondunun nəşrlərini həmsöhbətlərinə təqdim etmişdir.

Azərbaycanlı millət vəkili ilə görüşdən, onun Atatürk stadionundakı çıxışından məmnun qaldıqlarını, təqdim olunan faktlardan dərindən təsirləndiklərini bildirən hər bir görüş iştirakçısı, dost və qardaş Azərbaycana öz salam və sevgilərini ifadə etmişlər.