Qənirə Paşayeva cəza tələb etdi

qenire-pasayeva-ceza-teleb-etdi
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili bunun Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı olmadığını bildirib. Qənirə Paşayeva son hadisənin isə Ermənistanın günahsız körpələrin, azyaşlı uşaqların qətlə yetiriliməsinə yönələn yeni məqsədyönlü siyasət aparmasının bariz nümunəsi kimi qiymətləndirib. Millət vəkili, həmçinin
ATƏT-in Minsk qrupu həmsədrləri başda olmaqla, beynəlxalq təşkilatları Ermənistanın törətdiyi bu cür vandalizm aktlarına laqeyd münasibət göstərməkdə qınayıb: “ATƏT-in Minsk qrupu həmsədrləri, habelə beynəlxalq təşkilatlar bu hadisənin törədilməsində təqsirli olanların cəzalandırılmasını tələb etməli, bu kimi vandalizm aktların yenidən təkrarlanmasının qarşısını almaq məqsədilə rəsmi İrəvana qarşı ciddi təsir və təzyiq mexanizmlərini tətbiq etməlidirlər. Əks halda, bütün bunlar onsuz da gərgin olan vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq və bu zaman yarana biləcək vəziyyətə görə məsuliyyət ATƏT-in Minsk qrupu həmsədrləri və digər beynəlxalq təşkilatların üzərinə düşəcəkdir”.

Səidə