Qənirə Paşayeva daxili işlər nazirini Azərbayacana dəvət etdi

qenire-pasayeva-daxili-isler-nazirini-azerbayacana-devet-etdi
Oxunma sayı: 925


“Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva  Azərbaycanın İslandiya ilə bütün istiqamətlərdə  əlaqələrin  inkişafına böyük önəm verdiyini deyib. Azərbaycan  ilə  İslandiya  arasında əməkdaşlığın getdikcə inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər  iki  dövlətin  təmsil olunduğu  beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə güclənməsinin vacibliyinə toxunub. Azərbaycanın İslandiya  ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyən Q.Paşayeva eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib və Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündəəks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları xanım nazirə təqdim edib.  Ölkəsinin  Azərbaycanla  əlaqələrin genişlənməsində maraqlı olduğunu deyən İslandıyanın daxili işlər naziri xanım  Hanna Birna Kristjansdottir millət vəkilinin  Azərbaycana dəvətinə isə Azərbaycanı yaxından görməkdən məmunluq duyacağını deyib.