Qənirə Paşayeva Festivalda

qenire-pasayeva-festivalda-
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, Türkiyənin hökumət, parlament nümayəndələri ilə yanaşı, Rumeli Balkan Federasiyası rəhbəri Süheyl Çobanoğlu, Balkan Rumeli Köçmənləri Konfederasiyasının sədri Turhan Gencoğlu, Tek Rumeli TV-nin rəhbərliyi ilə, habelə Rumeli və Balkan əsilli ziyalıların qurmuş olduğu bir sıra ictimai təşkilatların başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirib. Festivalı çərçivəsində keçirilən və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan tədbirlər, görüşlər barədə öz təəssüratlarını bölüşən millət vəkili, belə görüşlərin türk insanının bir-birini daha yaxından tanıması, yeni əlaqələrin qurulması baxımından faydalı olduğuna inandığını bildirib.

Millət vəkili görüşlərdə, həmçinin Ermənistanın Azərbaycan Respublikasının torpaqlarının 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərindəki tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə danışıb, bu mövzuda ayrıca Tek Rumeli TV-yə geniş müsahibə verib.

Azərbaycanlı millət vəkili ilə görüşdən, onun Böyük Rumeli-Balkan Festivalındakı çıxışından məmnun qaldıqlarını, millət vəkilinin təqdim etdiyi faktlardan dərindən təsirləndiklərini bildirən hər bir görüş iştirakçısı Azərbaycanın haqlı davasında əllərindən gələni bundan sonra da əsirgəməyəcəklərini ifadə ediblər.

Səidə