Qənirə Paşayeva görüşlərini başa çatdırdı

Qənirə Paşayeva görüşlərini başa çatdırdı
Oxunma sayı: 136

Görüş zamanı millət vəkili onlara Azərbaycanla bağlı ətraflı məlumatlar verib. O, həmçinin Azərbaycanın işğal edilmiş torpaqlarında ermənilərin törətdiyi soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinə məhəl qoymaması barədə ətraflı məlumatlar verib.

Makedoniyanın paytaxtı Skopyedə (Üsküpdə) fəaliyyət göstərən və ölkənin bir sıra bölgələrində nümayəndəlikləri olan “Ufuk” qeyri-hökumət təşkilatının rəhbəri Enes İbrahim bildirib ki, təşkilatlarının fəaliyyətində və qurumun nəşri olan “Ufuk” dərgisində Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, dinc Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımlar barədə məlumatlar daima öz əksini tapır.

Keçirilən görüşlərdə və fikir mübadiləsi zamanı Makedoniya türk icmasının üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri Azərbaycanı çox sevdiklərini, “Eurovision” mahnı yarışmasında Azərbaycanın qələbəsini bütün türklərin qələbəsi kimi dəyərləndirdiklərini bildiriblər.

Böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiklərini deyən türk icmalarının, qeyri-hökumət təşkilatlarının və KİV-nin rəhbərləri Azərbaycanla Makedoniya, xüsusilə bu ölkədə yaşayan türk icması ilə əlaqələrin, əməkdaşlığın artmasının vacibliyini vurğulayıblar və bu istiqamətdə böyük imkanların olduğunu diqqətə çatdırıblar.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi