Qənirə Paşayeva Gürcüstan deputatı ilə görüşdü

qenire-pasayeva-gurcustan-deputati-ile-gorusdu
Oxunma sayı: 651

Görüş zamanı Azərbaycan-Gürcüstan münasibətləri, Azərbaycan və Gürcüstan Parlamentləri arasındakı əlaqələr, Gürcüstan vətəndaşı olan soydaşlarımızın vəziyyəti, onların təhsili, Gürcüstan cəmiyyətinə inteqrasiyası, miqrasiya sahəsindəki problemlər müzakirə olunub.

Q.Paşayeva qeyd edib ki, Azərbaycan dövləti, prezident İlham Əliyev hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza böyük diqqətlə yanaşıb və yanaşır. "Azərbaycanın Gürcüstanla bağlı həyata keçirdiyi siyasətdə, layihələrdə, Azərbaycan tərəfindən bu ölkəyə qoyulan böyük investisiyalarda, açılan iş yerlərində təbii ki, Gürcüstan vətəndaşı olan soydaşlarımız hər zaman böyük diqqət mərkəzində olur.

Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev Gürcüstan Parlamentində artıq Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun yaradıldığını və bu qrupun sayına görə Gürcüstan Parlamentində 3-cü böyük dostluq qrupu olduğunu bildirib.

Qənirə Paşayeva yeni yaradılan Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvlərini ölkəmizdə görməkdən məmnun olacağını bildirib və millət vəkili Mahir Dərziyevin də daxil olduğu Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunu ölkəmizə dəvət edib.

Millət vəkili Qənirə Paşayeva Gürcüstan Parlamentinin millət vəkili Mahir Dərziyevə Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallar təqdim edib.