Qənirə Paşayeva Hamiltonla görüşüb

qenire-pasayeva-hamiltonla-gorusub
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı millət vəkili Karl Hamiltona Azərbaycanın tarixi, bütün müsəlman Şərqində ilk Demokratik Respublika qurması, ilk dəfə qadınlara seçmək və seçilmək haqqının verilməsi barədə məlumatlar vermişdir. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz evinə, öz yurd-yuvasına dönə bilməməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, yəni Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə məlumatlar verib.

Millət vəkili ATƏT-in Minsk qrupunun üzvü kimi İsveçin Dağlıq Qarabağ probleminin həllində öz səylərini artırmasının vacibliyini də diqqətə çatdırıb. O, eyni zamanda Azərbaycanın iqtisadı inkişafı, müstəqillik illərində əldə etdiyi uğurlar, Avropaya inteqrasiya istiqamətində görülən işlər, həyata keçirilən islahatlar, gender bərabərliyi, Azərbaycanda qadınların ölkənin ictimai-siyası, sosial-iqtisadi həyatında iştirak göstəriciləri barədə də məlumatlar verib və bu istiqamətdə Karl Hamiltonu maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Millət vəkili Karl Hamiltona Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və materiallar da təqdim edib. Azərbaycan-İşveç Parlamentlərarası əlaqələrin inkişafı vacibliyinə xüsusi toxunan millət vəkili Qənirə Paşayeva Karl Hamiltonu Azərbaycana dəvət edib. İndiyə qədər Azərbaycanda olmadığını deyən Karl Hamilton Azərbaycanı görməkdən məmun olacağını deyib.