Qənirə Paşayeva Hayfa meri ilə görüşüb

qenire-pasayeva-hayfa-meri-ile-gorusub
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, Hayfa Universitetinin prezidenti Aaron Ben Zeev və rektoru David Faraqi, Herbu Universitetinin, Veizman Elm İnstitutunun rəsmiləri ilə görüşüb. Azərbaycanla elm, təhsil sahəsində əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayan universitet rəsmiləri ilə görüş və fikir mübadiləsindən sonra Paşayeva onlara və universitetlərin kitabxanalarına Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını özündə əks etdirən materiallar, eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti, musiqisini özündə əks etdirən kitablar və materiallar təqdim edib.

Millət vəkili həmçinin Hayfa şəhərinin meri Yona Yahav, merin müavinləri ilə görüşüb. Fikir mübadiləsindən sonra millət vəkili onları Bakıya dəvət edib.

Nərgiz Ehlamqızı