Qənirə Paşayeva İsveçdə

qenire-pasayeva-isvecde-
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, görüşlər zamanı millət vəkili Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəti apararaq 200 mindən çox azərbaycanlını
Ermənistandan öz tarixi torpaqlarından zorla çıxarması, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımı faktları barədə məlumat verib. Millət vəkili, həmçinin rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz evinə, öz yurd-yuvasına dönməsinə imkan verməməsini diqqətə çatdırıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə də danışan millət vəkili ATƏT-in Minsk qrupunun üzvü kimi İsveçin də Dağlıq Qarabağ probleminin ədalətli həllində səylərini artırmasının vacibliyini qeyd edib.

Millət vəkili İsveçdə yaşayan, Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə çalışmalarının artırılmasına diqqət çəkib: “Türk Dünyasının harasında baş verməsindən asılı olmayaraq birimizin ağrısı, problemi, faciəsi hamımızın olmalı və onun aradan qaldırılması istiqamətində harada doğulmasından asılı olmayaraq bütün Türk insanı bərabər mübarizə aparmalıdır”. İsveçdə 150 mindən çox Türk kökənli insan yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və səsimizi İsveç ictimaiyyətinə daha geniş çatdıra bilməmiz üçün böyük bir potensial olduğunu bildirib.

İsveç Türk Federasiyasının rəhbəri Əhməd Önal və İsveç Türk Qadın Federasiyasının nümayəndələri Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində təşkilatlarının səylərini və gördükləri işləri bundan sonra daha da artıracaqlarını bildiriblər.
Millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və materiallar da təqdim edib və onları Azərbaycana dəvət edib.

Millət vəkilinin görüşləri İsveçdə fəaliyyət göstərən Türk mətbuat və media qurumları tərəfindən geniş işıqlandırılıb.

Səidə