Qənirə Paşayeva İvanişvili ilə görüşdü

qenire-pasayeva-ivanisvili-ile-gorusdu
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun tərkibinə görə Milli Məclisin ən böyük parlamentlərarası dostluq qruplarından olduğunu qeyd edən millət vəkili bunun Azərbaycan dövlətinin və Parlamentinin Gürcüstan ilə əməkdaşlığa nə qədər böyük önəm verdiyinin göstəricilərindən biri olduğunu söyləyib. “Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi oxşar problemi var. Bunları da həll etmək üçün bizim daha güclü şəkildə biri-birimizə dəstək verməyimizə ehtiyac var”.

Qənirə Paşayeva Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə də toxunub və onların həlli istiqamətində Gürcüstan baş naziri və yeni hökumətinin səyləri daha da artıracağına, onlara verilən vədlərin yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirib.

Gürcüstanın Baş naziri Bidzina İvanişvili bildirib ki, hər iki ölkənin parlament üzvlərinin, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vacibdir. Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan B.İvanişvili Azırbaycan prezidenti İlham Əliyevlə görüşü və müzakirələrə toxunaraq iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da güclənəcəyini vurğulayıb. O, Gürcüstan vətəndaşı olan azərbaycanlıların ortaya çıxan problemlərinin həlli istiqamətində rəhbərlik etdiyi hökumətin səylərini daha da artıracağını, onların Gürcüstan dövlətinə daha sıx inteqrasiyası istiqamətində işlərin daha da surətlənəcəyini deyib. Gürcüstan parlament nümayəndə heyəti ilə görüşdə isə parlamentlərarası əlaqələrin, dostluq qrupları arasında və nümayəndə heyətləri arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.