Qənirə Paşayeva jurnalistlərlə görüşdü

qenire-pasayeva-jurnalistlerle-gorusdu
Oxunma sayı: 641


 “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Parlament Jurnalistlər Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Alanya Qəzetəçilər Cəmiyyətinin üzvlərini Bakıda görməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva “bir millət iki dövlət ”olan Azərbaycan  ilə  Türkiyə  arasında  bütün sahələrdə əlaqələrin inkişaf  etdiyini və bu əməkdaşlığın daha da genişlənməsinin hər iki ölkənin bölgədə gücünü daha da artıqdığını bildirib.  Dağlıq  Qarabağ  münaqişəsi,  Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan  torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi  barədə fikirlərini söyləyən millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. 

 Millət vəkili Qənirə Paşayeva eyni zamanda Alanya Qəzetəçilər Cəmiyyətinin üzvlərinə  Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri  barədə də fikirlərini bildirib və fikir mübadiləsi aparılıb. Türkiyənin media nümayəndələri Azərbaycana səfər etməkdən məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər.