Qənirə Paşayeva nazirlə görüşdü

qenire-pasayeva-nazirle-gorusdu
Oxunma sayı: 656

“Qafqazinfo”nun verdiyi xəbərə görə, görüşdə millət vəkili bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir: “Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun tərkibinə görə Milli Məclisin ən böyük parlamentlərarası dostluq qruplarından biridir. Bu Azərbaycan Parlamentinin Gürcüstan ilə əməkdaşlığa nə qədər böyük önəm verdiyinin göstəricisidir. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi oxşar problemi var. Bunları da həll etmək üçün bizim daha güclü şəkildə biri-birimizə dəstək verməyimizə ehtiyac var”.

Gürcüstanın Xarici İşlər naziri M. Pancikidze isə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində əlindən gələn dəstəyi göstərəcəyini bildirib: “Azərbaycan Gürcüstanın dostu və strateji müttəfiqidir. İki ölkə arasında bütün sahələrdə əlaqələrin getdikcə daha da güclənməsi sevindirici hadisədir və istəyirik ki, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminik”.