Qənirə Paşayeva nazirlə görüşdü

qenire-pasayeva-nazirle-gorusdu
Oxunma sayı: 643

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz daha da genişlənmişdir. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan İ.Məmmədov hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirmişdir. İ.Məmmədov deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmış, nazirin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Bir neçə gün sonra İraqa səfər edəcəyini bildirən işçi qrupunun üzvü, deputat Qənirə Paşayeva ölkəmizdə həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də regionun və Azərbaycanın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Q.Paşayeva bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan heç bir dövlətin ərazisinə göz dikməyib və öz ərazisində də ikinci dövlətin yaradılmasına, torpaqlarının işğal altında qalmasına yol verməyəcəkdir.

Adil Muheydər Razi Əl-Maliki Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Qonaq ölkəmizdə dinamik inkişafın şahidi olduqlarını vurğulamış və İraqın Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, münasibətlərimizin daha da genişlənməsində parlamentlərin, xüsusən də dostluq qruplarının rolu böyükdür.

Sonra görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır.