Qənirə Paşayeva qalibləri mükafatlandırdı

qenire-pasayeva-qalibleri-mukafatlandirdi
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, bu gün Parlamentdə Qənirə Paşayeva qalib tələbələrlə görüşüb, onlarla ətraflı fikir mübadiləsi aparıb və sonda onlara mükafatlarını təqdim edib.

Qeyd edək ki, millət vəkili özünün təqdim etdiyi “Dövlət rəmzlərinin təbliği və vətənpərvərlik ruhu” mövzusu ilə əlaqədar göndərilmiş məqalələr içərisindən dördünü ən yüksək yerləyə layiq görüb. Q. Paşayeva Polis Akademiyasının müdavimi Rövşən Rzayevin yazdığı “Dövlət rəmzlərinin təbliği və vətənpərvərlik ruhu” adlı məqaləni 1-ci yerə layiq görüb. Deputat ikinci yeri BDU-da II kursin magistri Turac Qəhrəmanovanın yazdığı məqaləyə verib.Bu gün millət vəkili 1-ci və 2-ci yerin sahiblərinə noutbuk hədiyyə edib və Rövşən Rzayevə və Turac Qəhrəmanovaya bu cür maraqlı yazıların davam etdirmələrinin vacibliyini vurğulayıb. Millət vəkili üçüncü yerə iki tələbəninin yazısını layiq görüb. Bunlar Nail Mehdi (BDU-nun 2-ci kurs tələbəsi) və Səbinə Seyidovadır (Qərb Universiteti, IV kurs). Onlara xüsusi mükafat təqdim edən millət vəkili onlara bu istiqamətdə davam etmələrini tövsiyə edib. Televiziya sahəsində çalışmağa başlayan Səbinə Seyidova ilə söhbətində millət vəkili Azərbaycan televiziya məkanının belə istedadlı gənclərə hər zaman ehtiyacı olduğunu deyib və bütün gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, gənc qaliblərin ölkəmiz və beynəlxalq aləmdə baş verən bəzi məsələlərlə bağlı suallarını da cavablandırıb.

Qeyd edək ki, Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi modern.az saytı tərəfindən həyata keçirilir.

Sədan