Qənirə Paşayeva qırğız icması ilə görüşüb

qenire-pasayeva-qirgiz-icmasi-ile-gorusub-
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili Qırğızıstanın dövlət müstəqilliyinin bərpasının ildönümünün İstanbulda, digər türksoylu ölkə nümayəndələrinin də qatılımı ilə geniş formatda qeyd edilməsini xoşbəxt hadisə kimi qiymətləndirib.

Qırğızıstandan gəlmiş nümayəndə heyətinin üzvləri, habelə yerli qırğız icmasının fəalları ilə görüşən Qənirə Paşayeva, Azərbaycan-Qırğızıstan münasibətləri, Türk Dünyasında qarşılıqlı işbirliyinin perspektivləri barədə fikir mübadiləsi aparıb.

Tədbirdə iştirak edən Özbəkistan Respublikasının İstanbul Baş Konsulu Qulyamov Abror ilə də görüşən millət vəkili onu Özbəkistan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə təbrik edib və Özbəkistanın istər BMT, istərsə də digər beynəlxalq təşkilatlar səviyyəsində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etməsindən söz açıb. İki ölkə arasındakı münasibətlərə toxunan Q. Paşayeva “hər kəs bu işbirliyinə öz töhfəsini verməlidir” deyə qeyd edib.

Fatimə Kərimli