Qənirə Paşayeva Rauf Denktaşa vida etdi

qenire-pasayeva-rauf-denktasa-vida-etdi
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili Q. Paşayeva bu gün ilk öncə ŞKTC-nin əfsanəvi lideri və qurucu prezidenti, Türk Dünyasının böyük oğlu, böyük şəxsiyyət və gözəl insan Rauf Denktaşla Yakın Doğu Universitetində təşkil olunmuş vida mərasimində iştirak edərək R. Denktaşın xanımı Aydın xanıma, oğlu millət vəkili və Demokrat Partiyasının sədri Sərdar Denktaşa, qızına və digər yaxınlarına başsağlığı verib. O, bildirib ki, bu gün ŞKTC-də yaşayan qardaş-bacılarımız qədər Azərbaycan türkləri də Türk dünyasının qəhraman oğullarından və böyük liderlərindən olan Rauf Denktaşın dünyasını dəyişməsindən üzgündür. “Rauf bəyin itkisi hamımızın, bütün Türk millətinin itkisi, acısıdır” deyib. R. Denktaşın Türk Dünyasının hər yerində o cümlədən Azərbaycanda da çox sevildiyini bildirən millət vəkili deyib ki, Türk insanı harada yaşamasından asılı olmayaraq onun xidmətlərini heç zaman unutmayacaq. O, əsil Lider, əsil Qəhrəman, əsil Ziyalı idi! O, Yakın Doğu Universitetində qoyulmuş xatırə kitabına Rauf Denktaş haqqında fikirlərini də yazıb.