Qənirə Paşayeva rektorla görüşdü

qenire-pasayeva-rektorla-gorusdu
Oxunma sayı: 644

Görüşdə Ege Universitetinin rektoru prof.dr Candeğer Yılmaz qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu da bildirib.

Görüş zamanı Azərbaycanın millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Ege Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini bildirib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili böyüyən gənc nəsillər, universitet tələbələri arasında ortaq tariximizin daha geniş öyrədilməsi və təbliğ olunmasının vacibliyi xüsusi vurğulayıb.

Görüşdə Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva və DAK başqan yardımçısı Asif Qurban da iştirak ediblər.