Qənirə Paşayeva səfirlikdə

qenire-pasayeva-sefirlikde
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, səfir Həsən Məmmədzadə Azərbaycan həqiqətlərinin, tarixi və mədəniyyətinin Litvada daha geniş tanıdılmasına xüsusi diqqət verdiklərini bildirib və Xocalı Soyqırımının 20-ci ildönümündə Litvanın 21 millət vəkilinin Avropa Parlamentinə müraciətinin qəbul olunmasını Azərbaycan həqiqətlərinin daha geniş tanınması istiqamətində önəmli addım kimi dəyərləndirib.
Səfir Azərbaycan mədəniyyətinin Litvada daha geniş tanıdılmasının vacibliyinə də toxunub və bildirib ki, bu il 28 may Respublika günü Litvada yüksək səviyyədə qeyd olunacaq və Azərbaycanın xalq artisti Mələkxanım Əyyubovan Azərbaycan musiqisini daha geniş tanıtmaq üçün bu tədbirə dəvət ediblər.

O, yaxın günlərdə Azərbaycanın təhsil naziri Misir Mərdanovun Litvaya səfər edəcəyini də bildirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Litvanın 2 universitetinin də 2007-2015-ci illər xaricdə təhsil proqramına salındığını vurğulayan səfir bunu Azərbaycanın Litva ilə təhsil əlaqələrinin inkişafına verdiyi önəm olduğunu bildirib. Səfir Litva hökumətinin qərarı ilə hər il 25 azərbaycanlı gəncə Litvada Litva hökuməti hesabına bu ölkədə təhsil alma imkanı yaradılmasının önəmindən də danışıb.