Qənirə Paşayeva spikerlə görüşdü

qenire-pasayeva-spikerle-gorusdu-
Oxunma sayı: 678

“Qafqazinfo” xəbər verir ki, görüşdə millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Q.Paşayeva deyib ki, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdırlar. Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan D. Bakradze iki ölkə arasında bütün sahələrdə o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da güclənməsinin sevindirici hadisə olduğunu vurgulayıb və bu əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu qeyd edib.