Qənirə Paşayeva təhsil naziri ilə görüşdü

qenire-pasayeva-tehsil-naziri-ile-gorusdu
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, görüşdə Türkiyənin Təhsil naziri Nabi Avcı qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib.

Millət vəkili Q. Paşayeva Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini qeyd edib və ortaq tarixi dərsliklərinin yazılmasının və onların Türk dövlət və toplumlarında tədrisi və yayılmasının vacibliyini bildirib.

Türkiyənin Təhsil naziri Nabi Avcı hər iki ölkənin orta və ali məktəblərində ortaq türk tarixinin, mədəniyyətinin öyrədilməsinin vacibliyinə toxunaraq bu istiqamətdə səylərin artacağını vurğulayıb.