Qənirə Paşayeva Topqapıda

qenire-pasayeva-topqapida-
Oxunma sayı: 667

Xanım Paşayeva: “Türk Dünyası ilə bağlı bu təqdirəlayiq çalışmalar, burada görüklərim və nəzərdə tutulan işlər barədə bilgilər məni heyran etdi. İlk növbədə, bu layihəni gerçəkləşdirmiş İstanbul Böyükşəhər Bələdiyyəsinə, onun Başqanına, digər əlaqədar şəxslərə bir millət vəkili olaraq öz təşəkkürlərimi çatdırıram” demişdir. Millət vəkili həmçinin Kültür Məhəlləsindəki “Azərbaycan Evi”nin daha da zənginləşməsi üçün çalışacağını, əlaqədar orqanlardan bu barədə xahiş edəcəyini bildirmişdir.

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İstanbul Noğay Türkləri Eyitim, Kültür və Yardımlaşma Dərnəyinin başqanı Mesut Pekcanla görüşmüşdür.

Cənab Pekcan Azərbaycan Parlamenti üzvünü təmsil etdiyi Dərnəyin tarixi, həyata keçirdiyi layihələr və gələcək planları barədə bilgiləndirmişdir. O, Azərbaycandakı uyğunprofilli QHT-lərlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə etmişdir.

Xanım Paşayeva İstanbuldakı noğay türklərinin belə bir Dərnək qurmasını, onun fəaliyyətini təqdir etdiyini və Dərnəyin işləri ilə tanışlıqdan məmnun olduğunu bildirmişdir. Millət vəkili həmçinin Dərnəyin Azərbaycandakı uyğunprofilli QHT-lərlə əməkdaşlıq istəklərini alqışladığını və əlindən gələn dəstəyi verəcəyini ifadə etmişdir.