Qənirə Paşayeva Tovuzda məktəbin açılışında olub - Fotolar

qenire-pasayeva-tovuzda-mektebin-acilisinda-olub-fotolar
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva məktəbin kollektivini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışlar. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları proqramının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan natiqlər, son illər respublikamızda təhsil sahəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini, yüzlərlə yeni məktəb binasının istifadəyə verildiyini, məktəblərin kompyuter və texniki vasitələrlə, yeni avadanlıqla təchiz edildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, 2003-2011-ci illərdə rayonda müxtəlif maliyyə mənbələri hesabına 14 yeni məktəb binası, Heydər Əliyev Fondunun dəstəyi ilə “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı çərçivəsində isə 3 məktəb binası istifadəyə verilmişdir. Hazırda 3 məktəb binasının tikintisi davam etdirilir.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva sevindirici hal kimi bildirib ki, Tovuz rayonunda təhsil sahəsində olan göstəricilər hər il artır. Millət vəkili bütün kənd və rayonların qazandığı 32 qızıl medalın 7-ni Tovuz rayon gənclərinin qazanmasının çox yaxşı nailiyyət olduğunu bildirib və hər il Tovuzdan ali məktəblərə daxil olan qızların sayının və göstəricilərinin artmasını da yaxşı hal kimi qiymətləndirib.