Qənirə Paşayevadan çoxuşaqlı analarla bağlı - - Təklif

qenire-pasayevadan-coxusaqli-analarla-bagli-
Oxunma sayı: 1007


"Qafqazinfo" xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bununla bağlı sənəd artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və çox yaxşı olardı ki, həmin sənəd qısa zamanda parlamentin müzakirəsinə çıxarılaraq qəbul edilsin.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu addım çoxuşaqlı analara dəstək istiqamətində böyük addım olmaqla bərabər, millətimizin və dövlətimizin gələcəyi üçün çox vacib və əhəmiyyətli olardı. "Çoxuşaqlı analara dövlət dəstəyini və qayğısını nəzərdə tutan "Qəhrəman ana" statusunun verilməsini nəzərdə tutan bu sənədin parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılmasını və qəbul edilməsini təklif edirəm", - deyə millət vəkili qeyd edib.