Qənirə Paşayevanın qonağı var

qenire-pasayevanin-qonagi-var
Oxunma sayı: 1165


“Qafqazinfo” ya daxil olan məlumata görə, millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Macarıstan arasında bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. Millət vəkili Q.Paşayeva iki ölkənin vətəndaş cəmiyyəti, qeyri-hökumət qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib və ortaq layihələrin həyata keçirilməsinin vacibliyini söyləyib. Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilməməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə Macar Turan vəqfinin sədri  Andras Biro geniş məlumat verib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı Soyqırımı barədə həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində Macar Turan Vəqfi və Macarıstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının dəstəyini  dəstəyini gözlədiklərini deyib. 

Azərbaycanı çox sevdiyini və burda olmaqdan məmnuniyyət duyduğunu deyən Macar Turan Vəqfinin sədri  Andras Biro hər iki ölkə arasında, ö cümlədən rəhbərlik etdiyi qurum ilə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını deyib.