Qənirə Paşayevanın vəsiyyətinə dəstək

qenire-pasayevanin-vesiyyetine-destek
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsinin rəhbəri Rəşad Mahmudov, Sabitlik və İnkişaf Mərkəzi idarə heyətinin sədri Rasim Məmmədov bunula bağlı vəsiyyətnamlərini artıq sənədləşdirdiklərini bildirdilər və sənədi tədbir iştirakçılarına nümayiş etdiriblər. Millət vəkili Ceyhun Osmanlı çıxışı zamanı Qənirə xanımın addımına dəstək olaraq öz daxili orqanlarının bağışlamağa hazır olduğunu əyani şəkildə bəyan edib və bildirib ki, bu barədə sabah vəsiyyətnamə yazıb, notariusda təsdiqlədəcək.

Qeyd edək ki, Sabitlik və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı Əyləncə Mərkəzində Azərbaycanda orqan və toxumaların transplantasiyası olunmuş şəxslər üçün keçirilən tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Ceyhun Osmanlı, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin səhiyyə departamentinin rəisi Fuad Əlizadə, Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsinin rəhbəri Rəşad Mahmudov, digər səhiyyə işçiləri, sənət nümayəndələri və transplantasiya yolu ilə şəfa tapan şəxslər iştirak edirib. Tədbirin aparıcısı Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Emin idi. Açılış sözü ilə çıxış edən Xəzər Emin bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insan orqanlarının transplantasiyasına qanunla icazə verildiyini nəzərə çatdırıb.

Toplantıda çıxış edən millət vəkili Qənirə Paşayeva bir sıra gənc mütəxəssislərimizin bu sahədə yetişməsindən və uğurlu əməliyyatlarından danışdı və bildirdi ki, biz də hər birimiz yüzlərlə insanın xilas ola bilməsi üçün onların yanında olmalıyıq.

“Həyat an məsələsidir. Biz sabah, üç-beş gün sonra da həyatda olmaya bilərik. Bizi bu dünya ilə vidalaşdıracaq gözlənilməz hadisə, qəfil xəstəliklər də ola bilər. Bundan da heç kim sığortalanmayıb. Axı öldükdən sonra orqanlarımız bizimlə bərabər torpağın altında niyə çürüsün ki? Həyatdan vidalaşanda öz orqanlarımızla bəlkə də ən faydalı işi görə bilərik. Bizim orqanlarımızla bir neçə insan yenidən həyata qayıda bilərsə, o zaman niyə biz bu faydalı işi görməyək? Bu istər insani, istərsə də dini baxımından böyük hadisədir. Qurani- Kərimin “Maidə” sürəsinin 32-ci ayəsində deyilir ki, “bir insanı xilas edirsənsə, bunun savabı bütün insanlığı xilas etməyə bərabər tutulur". Parlament bununla bağlı qanunu 1999-cu ildə qəbul edib. Bu qanunun yüksək səviyyədə həyata keçməsi ölkəmiz üçün vacib məsələlərdən biridir."

Rəsmi hissədən sonra sənətçilər konsert proqramları ilə çıxış ediblər.