Qənirə Paşayevaya mükafat verildi

qenire-pasayevaya-mukafat-verildi
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, “Xəyal Production”un təşkilatçılığı ilə keçirilən mərasimdə “The First-2011” mükafatına layiq görülən millət vəkili Qənirə Paşayevə mükafatın təqdim olunması mərasimində iştirak edib.

Mərasimdə Türkiyədən iştirak edən xüsusi qonaqlar arasında Türkiyənin tanınmış simaları - şoumen Bəyazit Öztürk (Bəyaz), çoxsaylı tamaşaçı auditoriyası toplayan “Öylə bir keçər zaman ki...” serialında Ali kaptan rolunun ifaçısı Ərkan Pətəkkaya, modelyer Uğurkan Erez, bəstəkar-müğənni Soner Sarıkabadayı, “Adanalı” serialında Sofiya, “Lale devri” serialında isə Yeşim rolunun ifaçısı, tanınmış aktrisa Serenay Sarıkaya, Azərbaycan əsilli müğənni Nursaç Doğanişık, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva, “Media TV” və “Kanal D”-nin əməkdaşları olub.

Mükafatlandırılanlar arasında həmçinin Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, İctimai Teleradio, Türkiyənin “Show TV” və “Kanal D” televiziyaları, “Day.az” informasiya portalı, 14 qat dünya çempionu Eduard Məmmədov, bəstəkar Gövhər Həsənzadə, modelyer Gülnarə Xəlilova, model Günay Musayeva, müğənni Röya, “Təhsil” Nəşriyyatı, digər şirkət və şəxslər də olublar.