Qənirə Paşayevə Türkiyədə minlərlə insanın qarşısında çıxış etdi

qenire-pasayeve-turkiyede-minlerle-insanin-qarsisinda-cixis-etdi
Oxunma sayı: 646

İstanbulda səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İstanbulun Sultan Qazi Bələdiyyəsinin başqan yardımçısı Nurgün Güngörənlə görüşmüşdür. Azərbaycan palament üzvünü öz bələdiyyələrində salam-lamaqdan məmnunluq duyduğunu bildirən Bələdiyyə yetkilisi, Sultan Qazi bələdiyyəsinin fəaliyyəti, gələcək planları barədə Azərbaycanlı millət vəkilinə bilgi vermişdir. O, təmsil etdiyi bələdiyyənin Türksoylu ölkə bələdiyyələri ilə yaxın münasibətlər qurmaq istəyində olduğunu qeyd edərək, ilk növbədə Azərbaycan bələdiyyələri ilə işbirliyində maraqlı olduqlarını bildirmişdir.

Xanım Paşayeva Sultan Qazi Bələdiyyəsinin fəaliyyəti ilə yaxından tanışlıqdan məmnun olduğunu, onların bir çox sahələrdə əldə etdikləri yaxşı təcrübənin qardaş ölkə bələdiyyələrində yayılmasının faydalı olacağını vurğulamışdır. Millət vəkili Nurgün Güngörənin təklifini yüksək dəyərləndirdiyini bildirərək, ilk özəliklə bölgələrdəki bələdiyyələrlə təmasın tərəfdarı olduğunu qeyd etmiş, parlamentdə təmsil etdiyi bölgənin bələdiyyəsi ilə Sultan Qazinin qardaşlaşmış bələdiyyə olması üçün çalışacağını vəd etmişdir. Xanım millət vəkili Azərbaycanın dövlətinin xalqlarımızın istək və arzusuna xidmət edən fəaliyyətlərə həmişə dəstək verdiyini qeyd etmişdir.

Sonra bələdiyyənin Ramzan və Zəfər Bayramı münasibəti ilə düzənlədiyi izdihamlı bayram törəninə iştirak edən Qənirə Paşayeva minlərlə insanın qatıldığı şöləndə çıxış edərək, Azərbaycan xalqının səmimi bayram təbriklərini çatdırmışdır. Ulu öndər Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tarixi kəlamlarını xatırladan milət vəkili, iki qardaş ölkə arasındakı bugünkü və gələcək münasibətlərin də məhz bu istiqamətdə davam edəcəyini deyib.

Millət vəkili öz çıxışında müstəqilliklərinin 20 illiyini qyed edən türksoylu ölkələrlə işbirliyinin bugünü və sabahı; orta çıxarlarımız, Azərbaycan, ölkəmizin tarixi, bu günü, mədəniyyəti və xüsusilə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə məlumatlar verib. Millət vəkili Azərbaycanın bir qarış da torpaqlarından vaz keçməyəcəyini və hansı yolla olursa-olsun, azad edəcəyini deyib. “İnşallah gələn Ramazan və Zəfər bayramını Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda keçirək ” , - deyən xanım Paşayevanın çıxışı alqışlarla qarşılanmışdır.

Millət vəkilinin çıxışı Türkiyənin bir sıra KİV-lərində işıqlandırılmışdır.