Qərargah yaradıldı

qerargah-yaradildi
Oxunma sayı: 642

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, qışa hazırlıqla bağlı qurum tərəfindən əmr hazırlanaraq aidiyyəti yol istismar müəssisələrinə göndərilib. Yol istismar müəssisələri tərəfindən həmin əmrin icrası ilə bağlı tədbirlər planı hazırlanaraq müvafiq işlərin görülməsinə başlanılıb.

Onun sözlərinə görə, hər bir yol istismar müəssisəsində 24 saat işləyən növbətçi briqadalar yaradılıb. Həmçinin “Azəryolservis”də qərargah yaradılıb, 24 saat ərzində növbətçilik təşkil olunub.

“Qarlı-şaxtalı hava şəraitində yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Hazırda yollardakı problemlər aradan qaldırılır, material ehtiyatı (texniki duz, qum, yanacaq və s.), yol texnikası, maşın-mexanizmlər və nəqliyyat vasitələri saz vəziyyətə gətirilir, işçilər xüsusi geyim forması ilə təmin olunur”, - deyə Pünhan Mürsəliyev bildirib. anspress