Qərb Universitetinin orta ixtisas təhsili pilləsinə qəbul aparılır

qerb-universitetinin-orta-ixtisas-tehsili-pillesine-qebul-aparilir
Oxunma sayı: 5286

Kollecə qəbul olunmaq istəyənlər nəzərinə. 9 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Qərb Universitetinin orta ixtisas təhsili pilləsinə qəbul aparılır. Qeyd edək ki, bunun üçün ayrılmış vaxt 25 iyul – 06 avqust tarixlərini əhatə edir.

11 illik bazada isə kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 15-19 avqust tarixlərində həyata keçiriləcək.

Bu arada Qərb Universitetinin orta ixtisas təhsili pilləsinə - Qərb Universitetinin Kollecinə qəbul aparılır.

Kollecdə dərslər müasir tələblərə cavab verən, ən yeni təlim və tədris avadanlıqları ilə təchiz edilmiş, ixtisaslaşdırılmış fənn kabinetləri və laboratoriyalarda keçiriləcəkdir. Dərslər Qərb Universitetinin professor-müəllim heyəti, yüksək peşəkarlıq səviyyəsi və zəngin təcrübəyə sahib olan mütəxəssislər tərəfindən aparılacaq.

Kolleci 9 illik təhsil bazasında bitirən tələbələrə müvafiq ixtisaslar üzrə diplom verilməklə yanaşı, tam orta təhsil hüquqları da verilir.

Kolleci əla qiymətlərlə bitirən məzunlar Qərb Universitetində ixtisasları üzrə təhsillərini davam etdirdikdə müəyyən imtiyazlar əldə edəcəklər.

9 illik təhsil bazasından qəbul olanlar oxuduqları müddət ərzində hərbi xidmətdən azad olunurlar.

Qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrə təhsil haqqının ödənişində 10% güzəşt olunacaq.

Kollecdə tələbələrə zəngin elektron kitabxana xidmət göstərəcək. Kollec Qərbi Avropa təhsil sisteminə qoşulmuşdur.

2017/2018-ci tədris ili üçün Qərb Universitetinin Kolleci aşağıdakı ixtisaslar üzrə ümumi orta və tam orta təhsil bazalarında tələbə qəbulu elan edir:

* Dizayn

* Mühasibat uçotu

* Maliyyə işi

* Bank işi

* Vergi və vergitutma

* Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti

* Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı

* Yer quruluşu və torpaq müfəttişliyi

* Turizm və onun təşkili

* Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə

Əlavə məlumatlar üçün Kollecin saytından istifadə etmək olar: http://kollec.wu.edu.az/page/mekqayd