Qərbi Kaspi Universitetinin məktəblilərlə görüşü

qerbi-kaspi-universitetinin-mekteblilerle-gorusu
Oxunma sayı: 841

Qərbi Kaspi Universitetinin professor və müəllimləri 2017/2018-ci tədris ili ərzində Bakı və regionlarda yerləşən 250-dən çox orta məktəbdə şagirdlərlə görüşlər keçiriblər. “Qafqazinfo” xəbər verir ki, ümumilikdə 15000-ə yaxın məktəblinin iştirak etdiyi görüşlərdə şagirdlərə imtahan öncəsi stressin aradan qaldırılması və doğru ixtisas seçimi mövzularında, eyni zamanda əmək bazarında böyük tələbatın formalaşdığı mühəndislik ixtisaslarının təbliği məqsədi ilə robototexnika təlimləri keçirilib.

 

Görüşlərdə eyni zamanda Qərbi Kaspi Universiteti barədə də məktəblilərə məlumatlar verilib. Bildirilib ki, son illərdə universitet tədrisin keyfiyyətinin aratırılması məqsədi ilə tədbirlər həyata keçirib, metodiki təkmilləşdirmə məqsədi ilə beynəlxalq institutlar və aparıcı ali təhsil ocaqları ilə əməkdaşlığı genişləndirib, eləcə də maddi-texniki bazanın, infrastrukturun yaxşılaşdırılması yönündə əhəmiyyətli adddımlar atıb.

Şagirdlərin diqqətinə çatdırılıb ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir. Texnoparkda universitetin tələbələri və orta məktəb şagirdlərinin birgə işlədiyi layihələrdən biri (Vooby – ingilis dilini onlayn öyrənmə platforması) Türkiyədə keçirilən beynəlxalq müsabiqədə 800-dək layihə arasından finala vəsiqə qazanaraq mükafatlandırılıb.