Qəribə plaş hazırlandı - Gözə görünmür

qeribe-plas-hazirlandi
Oxunma sayı: 1922

Kanada alimləri insanı görünməz edən plaş ixtira ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər gözəgörünməz plaşın sirrinin işıqla manipulyasiyalardan ibarət olduğunu aydınlaşdırıblar.

Belə ki, plaş enerjinin xüsusi ötürülməsinin köməyi ilə gözdən şüa və predmetləri gizlədir. Bunun da səbəbi odur ki, insanın gözləri elektromaqnit spektrinin bütün tezliklərini görə bilmir.

Bu üsulun gələcəkdə digər əşyaların görünməz edilməsində böyük rol oynayacağı bildirilir.