Qəsdən maşını üzərinə sürdü, öldürdü

qesden-masini-uzerine-surdu-oldurdu
Oxunma sayı: 2596

Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 23-də axşam saat 22:00 radələrində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Baxşiyev Murad Yaşar oğlu özünə məxsus “VAZ 2107” markalı, “90 HS 659” dövlət qeydiyyat nişanlı avtomaşınını qəsdən 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunun üzərinə sürərək onu vurub.

R.Əliyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.