Qətər ev sahibliyini pulla alıb?

qeter-ev-sahibliyini-pulla-alib
Oxunma sayı: 637

“Qafqazinfo” Qol.Az- saytına istinadən məlumatına görə, yazıda bildirilib ki, 2010-cu ilin noyabrın 23-də, DÇ-nın təşkilatçılığı ilə bağlı qərarın verilməsinə iki həftə qalmış Yelisey sarayında Fransanın o vaxtkı prezidenti Nikolya Sarkozi ilə Qətər şahzadəsi Tamim bin Hamad əl Taninin və “PSJ”nin sabiq sahibi Sebastyen Bazen arasında məxfi görüş keçirilib. Həmin görüşdə Sarkozi məsələylə bağlı Qətərə kömək edəcəyini açıqlayıb.
Amerikalı mütəxəssislərin jurnal üçün hazırladığı 22 səhifəlik araşdırmadan məlum olur ki, Qətər tərəfi bu ölkəyə dəstək vermələri üçün dünya futbolunun ulduzları Zinəddin Zidan, Pep Qvardiola, Kristian Karambö və başqalarını pulla satın alıb. İddia edilir ki, konkret olaraq Zidana 11 milyon avro ödənilib.
“France Football” dərc etdiyi və etmədiyi sübutları FİFA-ya təqdim etməyə hazır olduğunu bəyan edib.