Qətər İraqın bərpasına milyard dollar ayırdı

Qətər İraqın bərpasına milyard dollar ayırdı
Oxunma sayı: 1002

Qətər İraqın infrastrukturunun bərpası üçün bu ölkəyə milyard dollar investisiya qoymağa hazırdır.

“Qafqazinfo” xəbər verir ki, bunu Qətər əmiri Təmim bin Həməd Al Tani İraq dövlət başçısı Barham Salihlə apardığı danışıqlar zamanı da təsdiqləyib. 

Qətər XİN-in yaydığı məlumatda bildirilir ki, infrastruktur layihələri və İraqın yenidən qurulması üçün bu ölkəyə milyard dollar həcmində kredit və investisiya ayrılacaq.  

Bundan başqa, hər iki ölkə lideri iqtisadi və ticari əlaqələri inkişaf etdirmək üçün Qətərlə İraqın limanları arasında birbaşa dəniz yolunun açılmasına razılıq veriblər. 

Yarım ildən çoxdur ki, qonşu ölkələr olan Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn Qətərlə əlaqələri kəsib. İqtisadi əlaqələrin olmaması və nəqliyyat blokadası səbəbindən Doha digər ölkələrlə əlaqələri gücləndirməyə çalışır.  

Qeyd edək ki, İraq prezidenti artıq üçüncü gündür ki, Qətərdə rəsmi səfərdədir. Bu gün o, əmirin sarayında təşkil ediləcək təntənəli naharda iştirak edəcək. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi