Qətər şirkəti “Karabakh Telekom” ilə müqaviləsini ləğv etdi

qeter-sirketi-karabakh-telekom-ile-muqavilesini-legv-etdi-
Oxunma sayı: 636

“Qafqazinfo”nun Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın Qətərdəki Səfirliyindən verilən məlumata əsasən Qətərin "Vodafone Qatar" mobil operatorunun Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telekom" şirkəti ilə rouminq müqaviləsinin olduğu müəyyən olunub. Bununla əlaqədar, məsələ Səfirlik tərəfindən Qətərin Xarici İşlər Nazirliyi və İnformasiya və Kommunikasiya Texnologiyaları Ali Şurası qarşısında qaldırılmış və rouminq müqaviləsinin ləğvi istənilib.

Həmçinin, Səfirlik "Vodafone Qatar" şirkətinin nümayəndələri ilə görüş keçirmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin doğurduğu nəticələr, işğal faktı haqqında məlumat verib.

Həyata keçirilmiş tədbirlər və göstərilmiş səylər nəticəsində "Vodafone Qatar" şirkətinin rəhbərliyi "Karabakh Telekom" şirkəti ilə rouminq müqaviləsinin 2012-ci ilin oktyabr ayından etibarən ləğv edildiyini təsdiqləyib.