Qətər Türkiyəni dəstəklədi

qeter-turkiyeni-destekledi
Oxunma sayı: 1163

Qətər Türkiyənin Suriyanın Afrin şəhərində başlatdığı hərbi əməliyyatları dəstəkləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qətər XİN-nin rəsmi nümayəndəsi açıqlama verib:

“Türkiyənin Suriyanın Afrin şəhərində başlatdığı əməliyyat milli təhlükəsizliyin müdafiəsi və sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədardır. Bu səbəbdən də Qətər onu dəstəkləyir”.

Qətər rəsmisi bildirib ki, Türkiyə bu yolla Suriya ərazisinin parçalanmasının da qarşısını alır.