Qətərə cavab gecikmədi - “Uzun illər davam edə bilər”

Qətərə cavab gecikmədi
Oxunma sayı: 59

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər bin Məhəmməd Karkaş qətərli həmkarının açıqlamalarına cavab verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Təni tətbiq edilən sanksiyaların ləğv edilmədən Körfəz ölkələri ilə danışıqlara başlamayacaqlarını açıqlamışdı.

Ona cavab verən Karkaş deyib ki, Qətər xarici siyasətini dəyişmədiyi müddətdə sanksiyalar uzun illər davam edə bilər.

O, Türkiyənin vasitəçiliyi və Qətərə dəstəyi haqqında isə bunları deyib:

“Türkiyə öz ideoloji yanaşması və beynəlxalq məqsədləri arasında balans qurmağa çalışır. Türkiyənin mövcud duruma anlayışlı yanaşmasını, bizim nə etdiyimizi və bunun onların da faydasına olduğunu anlamalarını gözləyirik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi