Qətərlilərə Həcc ziyarətinə icazə verildi - Bir şərtlə...

qeterlilere-hecc-ziyaretine-icaze-verildi
Oxunma sayı: 699

Səudiyyə Ərəbistanı rəhbərliyi Qatardan olan hacı namizədlərinin əvvəldən elektron icazə almadan quru və hava yollarıyla ölkəyə girə biləcəklərini, xərclərinin isə kral Salman Əbdüləziz tərəfindən ödənəcəyini bildirib.

“Qafqazinfo” TRT-yə istinadənn xəbər verir ki, o, Qətər vətəndaşlarının Həcc ziyarəti üçün əvvəlcədən elektron icazə almadan Səudiyyə Ərəbistanı torpaqlarına girə biləcəklərinə də razılıq verib.

Səudiyyə Ərəbistanı bundan əvvəl Qətər Hava yollarından istifadə etməməklə qətərli hacı namizədlərinə ziyarət üçün şərait yaradacağını bildirmişdi, amma Qətər Səudiyyə Ərəbistanını hacı namizədlərinə mane olmaqla günahlandırmışdı.