“Qətibə İnanc” tamaşası hazırlanır

“Qətibə İnanc” tamaşası hazırlanır
Oxunma sayı: 334

Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası hazırlanır.

Teatrın mətbuat xidmətindən verilən "Qafqazinfo"ya məlumata görə, son məşqləri gedən iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Səhnə əsərində xalq artisti Bəsti Cəfərova (Qətibə İnanc), əməkdar artist Sabir Məmmədov (Nizami), aktyorlar Rövşən Kərimduxt (Hüsaməddin), Rüstəm Rüstəmov (Qızıl Arslan), İlyas Əhmədov (Fəxrəddin) və başları iştirak edib. 

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya qoyulub.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi