Qətl törədən şəxs tutuldu

qetl-toreden-sexs-tutuldu
Oxunma sayı: 1774

Ötən gün Gədəbəydə qətl törədən gənc saxlanılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Kiçik Qaramurad kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədəli Şakir oğlu Cəfərli tutulub.
 
Onun hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün axşam xəstəxanaya yerləşdirilən rayonun Böyük Qaramurad kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. Bıçaqlanma hadisəsi rayonun Böyük Qaramurad kəndində baş verib. Elşad Quliyev bıçaqlanaraq yolun kənarında uzanmış vəziyyətdə aşkarlanıb.