Qətldə şübhəli bilinən qadın saxlanıldı

qetlde-subheli-bilinen-qadin-saxlanildi
Oxunma sayı: 640

Avqustun 3-ü saat 19 radələrində, Pirşağı çimərliyində Bakı şəhər sakini Şəhriyar Əliyev mübahisə zəminində qəsəbə sakini Samir Əliyevin qarın nahiyəsindən bıçaq xəsarəti yetirdiyinə görə Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Avqustun 4-ü saat 01:20 radələrində, R.Qəmbərov küçəsində Bakı şəhər sakinləri Ceyhun Hacıyev idarə etdiyi «VAZ-2106» markalı və Mürvət Sadıqovun idarə etdiyi «Mersedes» markalı avtomobillər toqquşubr. Nəticədə, C.Hacıyev aldığı bədən xəsarətlərindən ölüb.

Avqustun 4-ü saat 02:30 radələrində, Nobel prospektində Bakı şəhər sakini Samir Həsənov «Ford Fokus» markalı avtomobilin idarəetməsini itirərək aşırıb və nəticədə S.Həsənov aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

İyulun 28-i sat 18:30 radələrində, Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən Gülüstan bağında çürüməyə məruz qalmış qarın nahiyəsində beş bıçaq xəsarəti olan 35-40 yalarında kişi meyiti aşkar olunub. DİN KTİ və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının apardıqları araşdırmalar zamanı qətlə yetirilən şəxsin şəxsiyyəti müəyyənləşdirilərək, onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qonza Vladimir Viktiroviç olması müəyyən edilib. Bakı Şəhər BPİ CAİ, Sabunçu RPİ CAŞ və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətlədə şübhəli bilinən Bakı şəhər sakini Karqina Yelena Aleksandrovna avqusun 3-də yaxalanıb.