Qətlə yetirilənlərin sayı 59-a çatdı

qetle-yetirilenlerin-sayi-59-a-catdi
Oxunma sayı: 1255

Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 59 nəfərə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə nazirliyi məlumat yayıb. “İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 59-a yüksəlib. Ölənlər arasında azyaşlı da var. 8 aylıq Leyla Ənvər Qəndur Qəzza zolağının şərq bölgəsində gözyaşardıcı qazdan zəhərləndikdən sonra dünyasını dəyişib”.

İsrail müdafiə ordusunun məlumatına görə, ötən gün Qəzza zolağında keçirilən etiraz aksiyalarında  35 min nəfər iştirak edib.