“Qətlin arxasında plan və xüsusi sifariş dayanıb” – Bəyanat

qetlin-arxasinda-plan-ve-xususi-sifaris-dayanib-beyanat
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, partiya tanınmış yazıçı publisist Rafiq Tağının öldürülməsinin cəmiyyətin böyük narahatlığına səbəb olduğunu və onu xeyli hiddətləndirdiyini vurğulayıb. ACP bəyan edib ki, Rafiq Tağının öldürülməsi məişət zəminində baş vermiş kriminal hadisə kimi xarakterizə edilə bilməz: “Onun yazdığı məqalələr, jurnalistlik fəaliyyəti və tutduğu mövqe belə deməyə əsas verir ki, qətlin arxasında düşünülmüş plan və xüsusi sifariş dayanıb. Bu qətl konkret olaraq azadfikirliyə qarşı yönəlmiş aktdır. Hansı məqsədlə qətlin törədildiyi məsələsində birbaşa söyləmək olar ki, baş verən müdhiş hadisə şübhəsiz ki, Rafiq Tağının baxışları və yazdığı məqalələrlə bağlıdır”.

ACP qətlin üstünün açılmamasının, sifarişçilərin kimliyinin qapalı qalmasına gətirib çıxaracağını, bunun isə öz növbəsində ictimaiyyəti daima təlaş və həyəcan içərisində saxlayacağını qeyd edib: “Vətəndaşların sakit və təhlükəsiz yaşaması məsuliyyəti hakimiyyətin üzərinə düşür. ACP dövlət səviyyəsində bu məsələyə baxılmasını və törədilən cinayətin üstünün təcili açılması yolunda təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir”.