Qeydiyyat davam edir

qeydiyyat-davam-edir
Oxunma sayı: 968

2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. “Qafqazinfo”nun məlumatına görə, tədbirin təşkilatçısı Mədəniyyət Nazirliyidir.

İştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar ödənişsiz veriləcək.

VI Bakı Beynəlxalq Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec 19 avqust 2019-cu il, ərizə-müqavilə isə

31 avqust 2019-cu il tarixinədək təqdim edilməlidir ([email protected]).

Ərizə-müqaviləni (PDF formatında) burada yükləyə bilərsiniz.

Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.