Qeyrəti qətlə yetirdilər

qeyreti-qetle-yetirdiler
Oxunma sayı: 648

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Türkan qəsəbəsində Ağdaş rayon sakini 1987-ci il təvəllüdlü Elşən Sadıqov mübahisə zəminində Şəki sakini 1991-ci il təvəllüdlü Qeyrət Ağabalayevi qətlə yetirib. E.Sadıqov 22 yaşlı oğlana bıçaqla bir neçə zərbə endirib. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Məlumata görə, qətlə yetirilmiş 22 yaşlı oğlan yeni ailə həyatı qurubmuş. Hadisənin təfərrüatları və səbəbi hələlik məlum deyil. Faktla əlaqədar cinayət işi açılıb.