Qeyri-adi təklif - Robotlar üçün vergi yığılsın

qeyri-adi-teklif
Oxunma sayı: 899

Milyarder, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts gələcəkdə vergi sisteminin dəyişəcəyini və insanların öz iş yerini saxlamasına imkan vermək üçün robotlara xüsusi yığımların tətbiq ediləcəyini düşünür.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, o, bu barədə “Nikkei” qəzetinə müsahibədə bildirib.

Onun sözlərinə görə, vergiqoyma sistemi elə qurulmalıdır ki, işəgötürən işə qəbul zamanı insana üstünlük versin:

“Hazırda sistem robotların istehsalda işçiləri əvəz etməsi üçün qurulub. Robotlara verginin tətbiqi yeni iş yerlərinin yaradılmasına, insanların inkişafına və onların süni intellektə uyğunlaşmasına kömək edəcək”.

B.Qeyts, həmçinin hesab edir ki, robotlar insanlar kimi eyni vergi yükü daşımalı, robotlara tətbiq edilən vergidən büdcə üçün əldə edilən vəsaitlər səhiyyə, aztəminatlılara və işini itirən insanlara kömək, eləcə də işsizlərin ixtisasının dəyişməsi üçün sərf edilməlidir.