Qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər artıb

qeyri-neft-sektorunda-istehsal-olunan-elave-deyer-artib
Oxunma sayı: 750


“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi daxili məhsul istehsalı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artıb. Əlavə dəyərin 45,5 faizi sənaye sahələrində, 11,4 faizi tikinti kompleksində, 9,8 faizi ticarət və pullu xidmət sahələrində, 26,4 faizi isə digər sahələrdə yaradılıb. Əhalinin hər nəfərinə orta hesabla 3621,3 manat məbləğində əlavə dəyər istehsal olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz çoxdur.

Əlavə dəyərin 56,8 faizi qeyri-neft sektorunda istehsal olunaraq əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 6,8 faiz artıb, neft-qaz sektorunda isə 3,1 faiz azalıb. İqtisadiyyatın qeyri-enerji sektorunda 6,9 faiz artım müşahidə edilib.