“Qeysəriyyə əməliyyatı üçün 1500 manat verdik”

“Qeysəriyyə əməliyyatı üçün 1500 manat verdik”
Oxunma sayı: 1377

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahid Yaqub Əliosmanov ifadə verərək deyib ki,  2012-ci ildə uşağını klinikasında əməliyyat etdirib və 500 manat ödəniş edib. 

Zaur Əsgərov isə həyat yoldaşının qeysəriyyə əməliyyatı üçün 1500 manat ödəyib.

Klinikada tibb bacısı işləyən Larisə Hüseynova maaşı kassadan aldığını deyib.

Proses martın 14-də davam etdiriləcək. 

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlinskaya adına klinikada qeydiyyatçı işləyib. 

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi