Qəza ilə bağlı hesabat gələn həftə prezidentə təqdim olunacaq

qeza-ile-bagli-hesabat-gelen-hefte-prezidente-teqdim-olunacaq
Oxunma sayı: 2964

Mingəçevirdə baş vermiş elektrik qəzası ilə bağlı yekun rəy gələn həftə ölkə prezidentinə təqdim olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Modern.az-a baş vermiş qəza ilə bağlı yaradılmış dövlət komisssiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru Nazim Məmmədov deyib : “Hadisə ilə bağlı Komissiya yekun rəyini hazırlamaq üzrədir. Ümid edirik ki, hadisənin yekun rəyi 1 həftə ərzində tam hazırlanacaq. Və aparılan araşdırmaların nəticələri ölkə başçısına məruzə ediləcək”.