Qəza oldu, bəy öldü, gəlin ağır yaralandı

qeza-oldu-bey-oldu-gelin-agir-yaralandi
Oxunma sayı: 673

Bakı-Qazax yolunun 462-ci kilometrliyində, Qazax rayonu ərazisində ikisi qadın, üçü kişi olmaqla 5 nəfərin xəsarəti, 1 nəfərin ölümü nəticələnən ağır yol qəzası baş verib. Sınıq körpü istiqamətində hərəkət edən “VAZ-2106” markalı maşınla “VAZ-2107” markalı avtomobil körpünün üzərində toqquşub. Avtomobillərdən birində isə bu gün toyları olacaq bəylə gəlin də olub.

Hadisə bəyin gəlini rayon mərkəzindəki gözəllik salonlarından birinə apararkən baş verib. Yaralılar dərhal rayon mərkəzi xəstəxanasına gətirilsə də, bəy Rizvan Şükür oğlu Salyayevin həyatını xilas etmək mümkün olmayıb. Gəlin Nuranə Tağıyeva və xəsarət alan digər 4 sərnişinin müalicəsi davam etdirilir. Gəlinin vəziyyəti nisbətən yaxşı, digər 3 yaralı isə ağır qiymətləndirilir.

Qeyd edək ki, faktla bağlı Baş Dövlət Yol Polisində araşdırmalar aparılır. Qəzanın baş verməsinin ilkin səbəbləri kimi yolun buzlu olması və avtomobillərin sürətli hərəkəti göstərilir.